Modern.az

Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə mane olan səbəbi açıqladı

Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə mane olan səbəbi açıqladı

Dünya

Bu gün, 10:06

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin bir-birinə nifrət edtmələrinin Ukrayna münaqişəsinin həllinə mane olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.

“İki lider arasında güclü nifrət var”, – deyə ABŞ prezidenti bildirib.

Tramp bir daha münaqişə tərəflərinin əslində döyüşləri dayandırmaq istədiklərini, lakin bunu necə edəcəklərini hələ bilmədiklərini düşündüyünü vurğulayıb.

“Düşünürəm ki, sonda bir həll yolu tapacağıq”, – deyə Donald Tramp qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib