Modern.az

Paşinyan MDB sammitindən də imtina edib?

Paşinyan MDB sammitindən də imtina edib?

Dünya

17 Noyabr 2023, 23:49

Ermənistanın Baş naziri Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Paşinyanın Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, - o qeyd edib.

 

Peskov vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qədər Putinlə Paşinyan arasında telefon danışığı planlaşdırılmır.

 

Qeyd edək ki, Paşinyan KTMT sammitində iştirak etməkdən imtina edib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...