Modern.az

Putin 9 nazirlə birlikdə Qazaxıstana gedir

Putin 9 nazirlə birlikdə Qazaxıstana gedir

Dünya

27 May 2026, 10:19

Rusiya Prezidenti Vladimir Putin hazırda Qazaxıstanda səfərdədir.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Qeyd edilib ki, üç gün sürəcək səfər mayın 29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammiti ilə əlaqədardır.

Rusiya nümayəndə heyətinin tərkibinə 30-dan çox şəxs daxildir. Heyətdə 9 nazir, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, Mərkəzi Bankın sədri Elvira Nabiullina, Prezident Administrasiyasının əməkdaşları, federal qurumların rəhbərləri, eləcə də Rusiya dövlət korporasiyaları və iri biznes strukturlarının nümayəndələri yer alır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR