Modern.az

Paşinyan Putinlə aralarındakı gərginlikdən danışdı

Paşinyan Putinlə aralarındakı gərginlikdən danışdı

Dünya

28 May 2026, 15:36

“Mənim Rusiya prezidenti və Rusiya baş naziri ilə etibarlı münasibətlərim var”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib. O, Rusiya lideri Vladimir Putinlə münasibətlərin gərgin olmasına dair suala belə cavab verib:

"Aydınlaşdırma tələb edən sualların ortaya çıxması ilk dəfə deyil. Kreml rəsmi olaraq aydınlaşdırılmalı olan sualların olduğunu bildirib. Bəli, bu suallar aydınlaşdırılacaq.

Mən əvvəllər Ermənistan-Rusiya münasibətlərinin transformasiyaya uğradığını bildirmişdim və bu transformasiyanı müsbət hesab edirəm".

Paşinyan Ermənistanın münasibətlərini şaxələndirəcəyini qeyd edib: "Və biz Rusiyanın Ermənistandakı maraqlarına zərər verməyəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr