Modern.az

İran 4 ölkəyə hücum edib

İran 4 ölkəyə hücum edib

Dünya

13 İyul 2026, 15:59

İran ABŞ-nin ölkənin cənub sahillərinə endirdiyi yeni zərbələrə cavab olaraq Bəhreyn, Küveyt, Oman və İordaniyadakı ABŞ hərbi bazalarına hücum etdiyini bəyan edib.

Modern.az “Aljazeera”-yə istinadən xəbər verir ki, ABŞ-nin İrana endirdiyi zərbələr fonunda Hörmüz boğazı ətrafında gərginlik daha da artıb. Bandar-Abbas, Sirik, Cask liman şəhərləri, eləcə də Keşm adasında partlayışların baş verdiyi bildirilir.

Hadisələr ABŞ ordusunun İranda azı 140 hədəfi vurduğunu və İranın buna cavab olaraq Bəhreyn, Küveyt, Oman, Qətər və İordaniyadakı ABŞ obyektlərinə cavab zərbələri endirdiyini açıqlamasından bir gün sonra baş verib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının "açıq" olduğunu bildirsə də, İranın Fars Körfəzi Limanları İdarəsi bölgədə sabitlik və təhlükəsizlik tam bərpa olunana qədər dəniz nəqliyyatına icazə verilməyəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!