Modern.az

Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın AÇIQLAMASI

Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın AÇIQLAMASI

İdman

Bu gün, 20:52

“Sabah” klubu “Barselona” ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

Modern.az xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.

“Sabah” FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib. O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı