Modern.az

İsraildə azanın yayımını məhdudlaşdıran layihə rədd edildi

İsraildə azanın yayımını məhdudlaşdıran layihə rədd edildi

Dünya

Bu gün, 12:10

İsrail parlamenti məscidlərdə azanın səsgücləndiricilərlə yayımını məhdudlaşdıran qanun layihəsini rədd edib.

Modern.az xəbər verir ki, layihənin müzakirəsi zamanı mübahisə yaranıb və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir iclas zalından çıxarılıb.

İfrat sağçı “Otsma Yehudit” partiyasının deputatlarının irəli sürdüyü layihəyə əsasən, məscidlər azanı səsgücləndirici ilə yaymaq üçün xüsusi icazə almalı idi. Layihədə polisə yayımı dayandırmaq, avadanlığı müsadirə etmək və qaydanı pozanları cərimələmək səlahiyyətinin verilməsi də nəzərdə tutulurdu.

Səsvermədə 63 deputat layihənin əleyhinə, 45 deputat isə lehinə səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər