Modern.az

Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü

Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü

Hadisə

Bu gün, 21:12

12.11.2026-cı il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasında 27 həftəlik hamiləlikdən, 800 qram çəki ilə körpə (kişi cinsli) dünyaya gəlib. 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, doğularkən körpənin vəziyyəti ağır qiymətləndirilib və ərazi üzrə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzə təxliyə olunub.

Vaxtından əvvəl doğulan, ekstremal azçəkili körpəyə tənəffüs pozğunluğu diaqnozu təyin edilib və müvafiq müalicə tədbirlərinə başlanılıb. 

Aparılan müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, körpədə 26.11.2026-cı il tarixində saat 03:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

***

17:53

Azərbaycanda körpənin ölümü ilə bağlı hadisə baş verib.

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabirabad Regional Perinatal Mərkəzində qeydə alınıb.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini, 1997-ci il təvəllüdlü N.Hüseynovanın 14 günlük oğlan övladı xəstəxanada dünyasını dəyişib.

Məlumata əsasən, körpə noyabrın 12-də Ucar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə, hamiləliyin 6-cı ayında dünyaya gəlib. Doğuşdan üç gün sonra vəziyyəti ilə əlaqədar Sabirabad Regional Perinatal Mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı