Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.
Ərdoğan prosesin gedişini yaxından izlədiyini bildirib, “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun diləklərini çatdırıb.
Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib.