Modern.az

Naxçıvanda ağır yol qəzası: beş nəfər xəsarət alıb 

Naxçıvanda ağır yol qəzası: beş nəfər xəsarət alıb 

Hadisə

Bu gün, 23:30

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı