Modern.az

“Beşiktaş” İsrail klubunu məğlub edib

“Beşiktaş” İsrail klubunu məğlub edib

İdman

Bu gün, 00:21

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçirilir.

Modern.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edib.

Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçirilib. Bakı vaxtı ilə saat 21:45-də başlayan matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edib. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək ediblər.

Gərgin keçən qarşılaşmada sevinən tərəf "qara qartallar" olub. "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan "Hapoel" isə 33-cü sıradadır.

***

26 noyabr, 23:04

UEFA Avropa Liqasının əsas mərhələsində keçirilən "Beşiktaş" (Türkiyə) – "Hapoel" (İsrail) qarşılaşması tribunada baş verən hadisələrə görə dayandırıldıqdan sonra yenidən bərpa olunub.

Modern.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki "Batumi Arena"da təşkil olunan matçda hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra bərpa edilib.

Görüş qaldığı yerdən - 25-ci dəqiqədən etibarən davam edir və qarşılaşmada hesab açılmayıb.

***

22:51

UEFA Avropa Liqasının əsas mərhələsində insidentə görə yarımçıq qalan "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşmasında bir nəfər yaralanıb.

Modern.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərindən bir nəfər xərəkdə təcili tibbi yardım avtomobili ilə aparılıb.

Qeyd edək ki, "Beşiktaş" azakeşləri tərəfindən tribunada açılan Fələstin bayrağı insidentə səsəb olub. Gürcüstan polisinin müdaxiləsindən sonra gərginlik artıb. Polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı