Modern.az

Paşinyandan Armen Qriqoryana - “İstefa verməli idi”

Paşinyandan Armen Qriqoryana - “İstefa verməli idi”

Dünya

Bu gün, 13:03

Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük məsələsində tələskənliyə yol verməsi barədə fikirlərinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Paşinyan brifinq zamanı Qriqoryanın mövqeyini tənqid edib.

“Əgər Armen Qriqoryanın belə prinsipial mövqeyi var idisə, Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsi qəbul edildikdən sonra istefa verməli və bununla da etirazını bildirməli idi”, – Baş nazir deyib.

Paşinyan həmçinin Qriqoryana istefasından sonra başqa vəzifə təklif etdiyini, lakin onun bu təklifdən imtina etdiyini xatırladıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər