Modern.az

"Hapoel"lə oyunda "Beşiktaş" azarkeşi xəsarət alıb

"Hapoel"lə oyunda "Beşiktaş" azarkeşi xəsarət alıb

İdman

Bu gün, 22:51
YENİLƏNİB · Bu gün, 23:04“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub→

UEFA Avropa Liqasının əsas mərhələsində insidentə görə yarımçıq qalan "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) qarşılaşmasında bir nəfər yaralanıb.

Modern.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərindən bir nəfər xərəkdə təcili tibbi yardım avtomobili ilə aparılıb.

Qeyd edək ki, "Beşiktaş" azakeşləri tərəfindən tribunada açılan Fələstin bayrağı insidentə səsəb olub. Gürcüstan polisinin müdaxiləsindən sonra gərginlik artıb. Polis azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qarşılaşmanın taleyi ilə bağlı qərarın hakimlər briqadasının vəziyyəti qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı