Modern.az

Rusiya başladığı müharibəni uduzur

Rusiya başladığı müharibəni uduzur

Dünya

20 Avqust 2026, 14:02

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə məğlub olduğunu bildirib.

Modern.az xəbər verir ki, fon der Leyen bu barədə açıqlamasında deyib.

“Rusiya özünün başladığı müharibəni uduzur. Buna cavab olaraq isə dinc əhaliyə və mülki infrastruktura zərbələr endirir”, - Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı üzv dövlətlər və tərəfdaşlarla birlikdə Ukraynanın ballistik raketlərə qarşı mübarizə imkanlarının gücləndirilməsi istiqamətində çalışır.

Fon der Leyen həmçinin Ukraynanın hava hücumlarından müdafiə imkanlarının artırılmasının Aİ üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər