Modern.az

Gürcüstanda azərbaycanlılar deport edildi

Gürcüstanda azərbaycanlılar deport edildi

Dünya

Bu gün, 17:29

Gürcüstanda qanunsuz miqrantların müəyyənləşdirilməsi məqsədilə keçirilən növbəti reydlər zamanı 59 xarici ölkə vətəndaşı saxlanılıb.

Modern.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılmalar miqrasiya nəzarəti çərçivəsində keçirilən xüsusi tədbirlər zamanı həyata keçirilib.

Miqrasiya Departamentinin əməkdaşları Gürcüstan ərazisində qanuni əsas olmadan olan əcnəbilərin müəyyənləşdirilməsi məqsədilə müxtəlif obyekt və ərazilərdə yoxlamalar aparıblar. Saxlanılanlar arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları da var. 

Gürcüstan DİN-in məlumatında qeyd olunub:“Miqrasiya Departamentinin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan olan xarici vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif təyinatlı obyekt və ərazilərdə yoxlamalar aparıblar”.

Saxlanılan şəxslərin hamısı Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb. Onların Gürcüstandan deportasiya edilməsi üçün zəruri prosedurlara başlanılıb.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi