Modern.az

Pirşağıda dənizdə batan qadın müəllim imiş - FOTO

Pirşağıda dənizdə batan qadın müəllim imiş - FOTO

Hadisə

Bu gün, 01:33

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.

Modern.az xəbər verir ki, dənizdə batan şəxs Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovadır.

O, Kəlbəcər rayon 84 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyib. Həmkarları bildirirlər ki, R.Abbasova pedaqoji fəaliyyəti dövründə yüksək nailiyyətləri ilə seçilib və onun şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək ballar toplayıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada