Modern.az

Avrokubok oyunu azarkeşsiz keçiriləcək

Avrokubok oyunu azarkeşsiz keçiriləcək

İdman

14 Fevral 2023, 16:26

Moldovada "Şerif" və Serbiyanın "Partizan" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu azarkeşsiz keçiriləcək.

 

Modern.az xəbər verir ki, Moldova Futbol Federasiyası ölkə rəhbərliyinin istəyi ilə qarşılaşmanın boş tribunalar önündə baş tutacağını kluba çatdırıb. Bildirilib ki, görüş üçün bilet almış fanatların pulları geri qaytarılacaq.

 

Bundan əlavə, komandalarını dəstəkləmək üçün Moldovaya gələn serbiyalı tərəfdarların ölkəyə buraxılmadığı deyilir.

 

Qeyd edək ki, fevralın 16-da "Şerif" və "Partizan" komandaları üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV