Modern.az

Bakıda kollec tələbəsinə 6 bıçaq zərbəsi vuruldu

Bakıda kollec tələbəsinə 6 bıçaq zərbəsi vuruldu

Hadisə

Bu gün, 22:08

Bakı Humanitar Kollecində tələbələr arasında münaqişə nəticəsində bıçaqlanma olub. 

Modern.az haqqin.az-a istinadən xəbər verir ki, hadisə "Gənclik" korpusunda baş verib. İki tələbə arasında qəfil mübahisə zamanı onlardan biri bıçaq çıxararaq rəqibinə altı zərbə endirib. Araşdırmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 17 yaşlı oğlanı saxlayıblar.

Bakı Humanitar Kollecinin rəhbərliyi hadisənin 2 noyabrda dərs saatlarından kənar baş verdiyini bildirib. Yaralı tələbəyə təcili tibbi yardım göstərilib və hazırda onun vəziyyəti qənaətbəxşdir. Hüquq-mühafizə orqanları hücumla bağlı araşdırma aparır və münaqişənin səbəbləri aydınlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia