Modern.az

Ərdoğanın təyyarəsindən Azərbaycan Prezidentinə xüsusi mesaj

Ərdoğanın təyyarəsindən Azərbaycan Prezidentinə xüsusi mesaj

Ölkə

Bu gün, 22:41

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia