Modern.az

“Qalatasaray” erməni futbolçunu transfer edir - 13 milyona

“Qalatasaray” erməni futbolçunu transfer edir - 13 milyona

İdman

14 Fevral 2023, 23:45

Türkiyənin “Qalatasaray” futbol klubu Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı transfer etməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

İstanbul təmsilçisinin erməni əsilli futbolçunun transferi ilə bağlı razılıq əldə etdiyi bildirilir. Məlumata görə, "Qalatasaray" 19 yaşlı oyunçu üçün 13 milyon avro təzminat ödəməyə hazırdır.

 

Qeyd edək ki, Rusiya millisinin üzvü olan Zaxaryan cari mövsümdə Premyer Liqada 16 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV