Modern.az

Millimiz Albaniya yığmasına məğlub oldu

Millimiz Albaniya yığmasına məğlub oldu

İdman

5 May 2023, 07:40

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində növbəti oyununu keçirib.


Modern.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.


Yığmamız ilk oyununda Farer adaları seçməsinə 4:2 hesabı qalib gəlib.


Millimiz turnirdə son oyununu mayın 7-də Moldova komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV