Modern.az

3 gimnastımız beynəlxalq turnirdə iştirak edəcək

3 gimnastımız beynəlxalq turnirdə iştirak edəcək

İdman

11 Aprel 2024, 13:54

Azərbaycanın 3 bədii gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

 

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Modern.az verilən məlumata görə, aprelin 12-14-də baş tutacaq yarışın mükafatları uğrunda Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi münarizə aparacaq.

 

Gimnastalar Bişkekə məşqçi Valentina Ukleinanın rəhbərliyi altında yollanıblar. Yarışda Azərbaycanı həmçinin hakim qismində Dilbər İbrahimova təmsil edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!