Modern.az

Tennisçilərimiz Avropa birinciliyinə qatılacaq

Tennisçilərimiz Avropa birinciliyinə qatılacaq

İdman

21 May 2024, 12:07

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyinə qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yığma artıq sözügedən şəhərə yollanıb.

Sabah start götürəcək turnirdə 4 idmançı bacarığını göstərməyə çalışacaq. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı millinin məşqçiləri Mixail Timofeyev ilə Elnur Hidayətzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu