Modern.az

Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi

Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi

İdman

Bu gün, 01:00

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab matçına start verilib.

Modern.az xəbər verir ki, ilk oyun günündə İngiltərənin “Arsenal” klubu öz meydanında İspaniyanın “Atletiko Madrid” komandası ilə qarşılaşıb.

Oyunun qalibini bir qol müəyyənləşdirib. Bukayo Saka "topçular"ı finala aparan qola imza atıb. 

Komandalar arasında Madriddə baş tutan ilk oyunda heç-heçə qeydə alınıb – 1:1.

Beləliklə həlledici matçda "Arsenal"  bu gün keçiriləcək “Bavariya” - PSJ cütünün qalibi ilə qarşılaşacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV