Modern.az

Bu klub Ronaldonun oğlunu transfer etmək istəyir

Bu klub Ronaldonun oğlunu transfer etmək istəyir

İdman

8 May 2026, 01:48

PSJ Kriştiano Ronaldonun oğlu kiçik Kriştianonu transfer etmək niyyətindədir.

Modern.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu ilə Paris klubu ilə yanaşı, həmçinin "Real", "Bavariya", "Borussiya Dortmund" və "Sportinq" də maraqlanır.

Qeyd edək ki, Kiçik Ronaldo indiyədək "Yuventus" və "Mançester Yunayted" akademiyalarında çıxış edib. Həmçinin "Real"ın gənclər komandası ilə məşqlərə də qatılıb. Onun əsas hədəfi Avropanın nəhəng klublarından birində peşəkar karyerasını davam etdirməkdir.

Qeyd edək ki, Kriştiano Ronaldo hazırda "Əl-Nəsr"də çıxış edir və oğlunun onunla eyni komandada oynaması arzusunu dəfələrlə dilə gətirib.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!