Modern.az

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı seçildi

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı seçildi

İdman

21 İyun 2026, 23:20

2026-cı il dünya çempionatının H qrupunun II turunda keçirilən İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Modern.az xəbər verir ki, İspaniya millisinin hücumçusu Mikel Oyarzabal oyunun ən yaxşısı adına layiq görülüb.

Futbolçu komandasının 4:0 hesablı qələbə qazandığı görüşdə dubl edib. Oyarzabal 21 və 24-cü dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, İspaniyanın digər qolunu Lamine Yamal vurub. Səudiyyə Ərəbistanının futbolçusu Hasan əl-Tambakti isə avtoqol müəllifi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi