Modern.az

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

"Qalatasaray"ın vitse-prezidenti istefa verdi

İdman

Bu gün, 15:09

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk idarə heyətindəki vəzifələrindən istefa verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, o, oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında baş verən hadisələrdən sonra bu qərarı qəbul etdiyini bildirib.

Metin Öztürk sosial şəbəkə hesabında paylaşım edərək iclas zamanı fiziki hücuma və mərhum anasının ünvanına təhqirlərə məruz qaldığını iddia edib.

“İdarə heyətimizin oktyabrın 27-də keçirilən iclasında baş verən fiziki hücumu və mərhum anama qarşı təhqirləri qəbul etməyim nə “Qalatasaray” tərbiyəmə, nə də valideynlərimdən aldığım tərbiyəyə uyğun deyil.

Bu gündən etibarən “Qalatasaray”ın idarə heyətində və kluba bağlı şirkətlərdə tutduğum vəzifələrdən istefa verirəm”, – deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir