Modern.az

Dünya çempionatı: İsveçrə Kanadaya qalib gəldi

Dünya çempionatı: İsveçrə Kanadaya qalib gəldi

İdman

Bu gün, 01:08

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Modern.az xəbər verir ki, üçüncü turda qrupun liderləri İsveçrə və Kanada milliləri qarşılaşıblar.

Kanada - İsveçrə oyununda 46-cı dəqiqədə Ruben Varqas Avropa millisini irəli çıxarıb. Oyunun 57-ci dəqiqəsində Yoan Manzambi hesabı 2:0 edib.

Oyunun 76-cı dəqiqədə kanadalı Promis Devid fərqlənib - 1:2.

Beləliklə, üçüncü turda İsveçrə millisi 2:1 hesablı qələbə qazanıb. Bununla da avropalılar qrupu 7 xalla lider kimi bitirib. Kanada isə 4 xalla ikinci sırada qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!