Modern.az

Braziliya 3 qol ilə qrup birincisi oldu 

Braziliya 3 qol ilə qrup birincisi oldu 

İdman

25 İyun 2026, 04:16

Futbol üzrə dünya çempionatında Braziliya Şotlandiyanı məğlub edib.

Modern.az xəbər verir ki, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

"Sambaçılar"ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.

Qeyd edək ki, Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. Şotlandiya isə 3 xalla üçüncü olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada