Futbol üzrə dünya çempionatında Mərakeş Haitini məğlub edib.
Modern.az xəbər verir ki, Atlanta stadionunda keçirilən C qrupunun III turunun matçında Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.
Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.
Qeyd edək ki, bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.