Modern.az

Bu axşam: "Dinamo" - "Qarabağ" oyunu hansı TV-də yayımlanacaq?

Bu axşam: "Dinamo" - "Qarabağ" oyunu hansı TV-də yayımlanacaq?

İdman

6 Avqust 2026, 17:45

"Qarabağ" klubu bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq.

Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. 

Modern.az xəbər verir ki, "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu bu axşam "CBC Sport" telekanalında canlı yayımlanacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!