Modern.az

İranda 4 neft tankerinin minaya düşdüyü bildirildi

İranda 4 neft tankerinin minaya düşdüyü bildirildi

Dünya

Bu gün, 20:35

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubundakı qadağan olunmuş marşrutla hərəkət edən 4 neft tankerinin minaya düşdüyünü və gəmilərdə partlayışların baş verdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Çinin Xinhua agentliyi məlumat yayıb.

SEPAH-ın məlumatına görə, partlayışlardan sonra tankerlərdə yanğın başlayıb, boğazdan keçməyə çalışan daha iki gəminin hərəkəti dayandırılıb.

Bundan başqa, İran hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində uçan ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli PUA-nı vurduğu bildirilib. Bununla son aylarda vurulan həmin tipli PUA-ların sayının 56-ya çatdığı iddia olunur.

SEPAH həmçinin ABŞ və İsrailə qarşı son zərbəni endirməyə hazır olduğunu bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia