Modern.az

Bakıda plana düşən 200-dən çox ev sökülür - Görüntü

Bakıda plana düşən 200-dən çox ev sökülür - Görüntü

İdman

Bu gün, 09:46

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb.

Modern.az Xəzər Tv-yə istinadən xəbər verir ki, ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir.

Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilər müəyyənləşdirilir, həm də layihənin təsirinə düşən tikililərlə bağlı iş aparılır.

Dəmiryolu xəttinin keçəcəyi ərazidəki sakinlərlə görüş keçirilib və onlara kompensasiya ödənilidikdən sonra söküntüyə qərar verilib.

Ərazidəki köhnə Maştağa stansiyasının binası da diqqət mərkəzindədir.  

Zabrat-Maştağa-Bağlar xətti dövlət proqramına əsasən, paytaxtın əsas layihələrindən biri hesab edilir.

Bütün bu layihələrin istifadəyə verilməsi ilə paytaxtda sərnişin yükünün və  yollarda tıxacın azalması gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq