“Sabah” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.
Modern.az bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Tamaşaçı bir bilet almaqla “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli”yə qarşı keçirəcəyi oyunların hamısını stadiondan izləyə bilərsiniz.
Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.
“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr
20:45. "Sabah" - "Slaviya" (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21:45. "Sabah" - "Barselona" (İspaniya)
7-ci tur, 20 yanvar
21:45. "Sabah" - "Napoli" (İtaliya)
Xatırladaq ki, Liqa mərhələsinin ilk oyununda “Sabah” səfər oyununda “Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzub.
"Sabah" klubunun səfər oyunları: “Vikinq” (4 noyabr), “Vilyarreal” (8 dekabr), “Arsenal” (27 yanvar).