Modern.az

İsveçli pilot yarışın qalibi oldu - YENİLƏNİB

İsveçli pilot yarışın qalibi oldu - YENİLƏNİB

İdman

Bu gün, 09:28

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 sprint yarışı başa çatıb.

Modern.az xəbər verir ki, “Dams Lucas Oil”in isveçli pilotu Dino Beganoviç birinci, “Triden”in niderlandlı sürücüsü Laurens Van Hoepen ikinci, “Rodin” komandasından Aleks Dann isə üçüncü yeri tutub.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

***

08:20

"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Modern.az-ın məlumatına görə, mübarizəyə saat 08:15-də start verilib.

Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı - Xəbəriniz Var?