Modern.az

Azərbaycan nefti kəskin ucuzlaşdı - 4 dollar dəyər itirdi

Azərbaycan nefti kəskin ucuzlaşdı - 4 dollar dəyər itirdi

İqtisadiyyat

Bu gün, 09:44

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

Modern.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,95 ABŞ dolları və ya 4,36 faiz enərək 86,55 ABŞ dolları təşkil edib.

Buna baxmayaraq, Azərbaycan neftinin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən yüksək olaraq qalır. Belə ki, 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Qeyd edək ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ