Arxiv
17 Oktyabr 2016, 10:50 | AKTUAL
Almaniyalı alim aprel döyüşləri haqda kitab yazdı

Dr. Mixael Raynhard Hess “2016-ci ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır.” 

 

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Dr. Mixael Raynhard Hessin “Verlag Dr. Köster” nəşriyyatında “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində işıq üzə görmüşdür.

 

Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında kitabda yer almışdır.

 

Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, Dr. Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırmış, Ermənistanın hökumət üzvlərinin, xüsusi ilə Prezident S. Sarqsyanın Xocalı qırğınının iştirakçısı olması faktlarını qeyd etmişdir.

 

Həmçinin alman müəllif erməni diasporasının Azərbaycana qarşı ərazi iddialarının iştirakçısı olması, eləcə “əslən ABŞ-dan olan və “özünü qisasçı adlandıran” Monte Melkonyanın timsalında” bəzi erməni diasporası üzvlərinin Azərbaycan torpaqlarının işğalı zamanı döyüşlərdə iştirak etmələrini” ayrıca yarımfəsil şəklində Avropa oxucularının diqqətinə çatdırmışdır.

 

Dr. Hess münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, “münaqişənin həllində qaçılmaz ilk şərt bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa zidd işğal etdiyi əraziləri Azərbaycana geri qaytarsın. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların “vətənə dönüş hüququ” təmin olunmalıdır.”

 

Müəllif nəticə hissəsində yazır ki, “2016-ci ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır.”

 

Poliqlot alim Dr. Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı regionun arxivlərindəki azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə etmişdir. Cari ilin aprel ayında qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozması nəticəsində baş verən döyüşlərdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yenidən daha qabarıq formada həmçinin Avropada, o cümlədən Almaniyada (AFR 2016-cı ildə ATƏT-ə sədrlik edir) ictimaiyyət və mətbuatın diqqətinə gəlmişdir. Döyüş əməliyyatları ilə yanaşı informasiya mübarizəsinin də önəmi artmışdır. Bu kontekstdə Dr. Hessin alman dilində olan kitabının Aprel hadisələrindən sonra Avropada əcnəbi alim tərəfindən Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yazılmış ilk kitabdır.

 

 

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bazar günü yaz HAVASI 28 mart 2020, 13:18 Tarixdə iz qoyanlar: Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı - Süleyman bəy Əfəndiyev kim olub?.. 28 mart 2020, 13:11 Qızıl Aypara Cəmiyyəti Coronavirus pandemiyası ilə mübarizə məqsədilə “Qaynar Xətt” yaratdı 28 mart 2020, 13:05 Koronavirus, bulvar, bir də tənha musiqiçi 28 mart 2020, 13:00 Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir - FOTO   28 mart 2020, 12:53 Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan pulun məbləği AÇIQLANDI 28 mart 2020, 12:40 İrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdi 28 mart 2020, 12:39 12201 nəqliyyat vasitəsi postlardan geri QAYTARILDI - 10 nəfər məsuliyyətə cəlb edildi 28 mart 2020, 12:34 Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO 28 mart 2020, 12:28 Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq - Çinin dövlət müşaviri 28 mart 2020, 12:22 Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib 28 mart 2020, 12:15 “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib 28 mart 2020, 12:07 Hacıqabulda sakinlərlə maarifləndirci və profilaktik söhbətlər aparılıb - FOTO 28 mart 2020, 12:00 Azərbaycan nefti 3 dollar ucuzlaşdı   28 mart 2020, 11:55 BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30000 manatdan artıq ianə edib 28 mart 2020, 11:50 Qazaxa giriş-çıxış BAĞLANDI 28 mart 2020, 11:43 Bakı şəhəri üzrə 2100 avtobus gündəlik xəttə çıxır - Mais Ağayev 28 mart 2020, 11:36 “Könüllü DOST”lardan tənha yaşlılara dost dəstəyi - FOTO 28 mart 2020, 11:29 Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq” 28 mart 2020, 11:22 Onlayn supermarket yaradıldı 28 mart 2020, 11:15 Gənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi 28 mart 2020, 11:07 Nazirlikdən ağacların kəsilməsi fakti ilə bağlı AÇIQLAMA 28 mart 2020, 11:00 Rusiyada koronavirusa qarşı vaksinin yeddi prototipi hazırlandı 28 mart 2020, 10:53 Azərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİ 28 mart 2020, 10:46 Vətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama 28 mart 2020, 10:40 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək 28 mart 2020, 10:34 Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI 28 mart 2020, 10:27 Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı 28 mart 2020, 10:20 Neft kəskin ucuzlaşdı - Son qiymət 28 mart 2020, 10:14 Deputatların koronavirus testinin nəticəsi AÇIQLANDI   28 mart 2020, 10:06 Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO 28 mart 2020, 09:58 Sabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHI 28 mart 2020, 09:50 İbrahim Məmmədov: “Sağalma ilə xəstəliyin yayılma sürəti arasında kəskin fərq var” 28 mart 2020, 09:43 Səhiyyə sistemi çökən ABŞ xaricdən həkim axtarır 28 mart 2020, 09:35 Xaçmazda avtomobil yandı 28 mart 2020, 09:27