Modern.az

Türkiyədə partiya lideri saxlanıldı

Türkiyədə partiya lideri saxlanıldı

Aktual

4 Noyabr 2016, 17:37

Türkiyədə daha bir partiyanın lideri saxlanılıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahat Tuncəldir.

 

Məlumata görə, bir qrup partiya liderləri Diyarbəkir Prokurorluğuna gətirilən HDP millət vəkillərinə dəstək olmaq üçün binanın qarşısına toplaşıblar.

 

Polisin dağılmaq əmrinə tabe olmayan DBP həmsədri Səbahat Tuncəl və daha 10 nəfər partiya nümayəndəsi saxlanılıb.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu