Modern.az

Yanukoviçdən müsadirə olunmuş pullar Ukrayna ordusuna sərf olunacaq

Yanukoviçdən müsadirə olunmuş pullar Ukrayna ordusuna sərf olunacaq

28 Aprel 2017, 14:39

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq prezident Viktor Yanukoviçin hesablarından müsadirə olunmuş vəsaitin ordunun möhkəmləndirilməsinə sərf olunacağını deyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o bu barədə “112 Ukrayna” telekanalına açıqlamasında deyib.

 

“Bu pulların ordunun möhkəmləndirilməsinə, silah zavodunun inşasına, radioelektron mübarizə  və müasir dronların alınmasına sərf olunmalıdır” – deyə Yanukoviç deyib.

 

O həmin vəsaitin bir hissəsinin də əhalinin aztəminatlı təbəqələrinin şəraitinin yaxşılaşdırılmasına sərf olunacağını vurğulayıb.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir