Modern.az

İtalyanların Şuşadakı “macəraları”...

İtalyanların Şuşadakı “macəraları”...

1 Avqust 2011, 13:28



İtaliya unversitetlərində işləyən bir qrup professor Şuşada keçirilən beynəlxalq memarlıq simpoziumu çərçivəsində dağılmış binaların təmiri və yeni yaşayış massivlərinin tikintisinə kömək məqsədi ilə separatçı rejimin şəhər “meri” ilə sasiş imzalayıblar. Modern.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. Sazişə görə, erməni tərəfi müxtəlif unversitetlərdən Şuşaya gəlmiş professorlar Cuzeppe Covanni Del Debbio, Françesko Roviello, Roberto Covanelli, Luçano Pretti, Françesko Qalloya  qısa müddət ərzində mühüm hesab etdikləri tikinti layihələri ilə bağlı təkliflərini təqdim edəcəklər.

Bu beynəlxalq simpozium Ermənistan Mədəniyyət Nazirliyinin rəhbərlyi altında 17-28 iyul tarixlərində Şuşada keçirilib.

Qeyd edək ki, Azərbaycanın İtaliyadakı səfirliyi Şuşada keçirilən bu tədbirə öz etirazını bildirib. Səfirlikdən Şuşada keçirilən simpoziumda iştirakı təmin edən İncəsənət İttifaqına ünvanlanan məktubda səfirlik bəyan edib ki, “Azərbaycan italyan nümayəndələrinə Dağlıq Qarabağ ərazisinə getməyə hüquq verməyib”. 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi