Modern.az

Tramp iranlılara çağırış etdi: "Xalq nə vaxt ayağa qalxacaq?"

Tramp iranlılara çağırış etdi: "Xalq nə vaxt ayağa qalxacaq?"

Dünya

Bu gün, 09:46

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara başlamağa çalışmadığını bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.

“Mən ABC-nin saxta xəbərlərində bildirildiyi kimi, İranı danışıqlar masasına oturtmağa çalışmıram. Onlar üçün faydasız olan bir saziş imzalayıb-imzalamayacağı mənə heç bir əhəmiyyət daşımır”, – Tramp yazıb.

Tramp qeyd edib ki, hazırkı vəziyyət onun üçün daha məqbuldur. Onun sözlərinə görə, ABŞ “Hörmüz boğazına demək olar ki, tam nəzarət edir”, İranın iqtisadiyyatı isə “tamamilə dağılıb”.

“Onlar sadəcə qaçılmaz olanla barışırlar. İran xalqı nə vaxt ayağa qalxacaq və mübarizəyə başlayacaq?” – ABŞ Prezidenti əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...