Modern.az

Prezidentliyə namizəd Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb - FOTOLAR

Prezidentliyə namizəd Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb - FOTOLAR

Aktual

1 Aprel 2018, 15:58

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir. 

 

Modern.az xəbər verir ki, Razi Nurullayev bu gün Masallı seçiciləri ilə görüşüb. Görüş Masallı  Mədəniyyət Mərkəzində baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlayıb

Ardınca görüş iştirakçılarına Razi Nurullayev haqqında qısa məlumat verilib. 

 

“Hakimiyyətə qarşı sivil mübarizə aparırıq”

Sonra söz Razi Nurullayevə verilib.

AXCP sədri ölkədə baş verən ictimai-siyasi proseslər, seçki kampaniyasının gedişi və digər məsələlərlə bağlı məlumat verib: "Bu gün müxalifətin çevriliş etmək fikrində olduğunu deyənlər var. Mənim yumşaq siyasi yol tutmağıma baxmayaraq bu düşüncə tərzi hələ də dəyişməyib. Biz hakimiyyətə qarşı mübarizə aparırıq, amma bunu sivil yolla etməkdə qərarlıyıq. İstəmirik ki, Azərbaycan Suriyanın gününə düşsün". 

 

“Radikal mübarizə effekt vermir”

Razi Nurullayev həmçinin iqtidar-müxalifət münasibətlərinə toxunub,  siyasi münasibətlərin Türkiyə modelinə diqqət çəkib. AXCP sədri  namizəd olduğu üçün “Yurd” rəhbəri Əli Kərimli və tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını deyib: "Mən də onlarla birlikdə 30 il radikal mübarizə apardıq. Amma heç nə əldə edə bilmədik. Artıq hər kəs anlamalıdır ki, radikal mübarizə effekt vermir. Mən bu gün radikal çıxışlar etsəm, xalqı itaətsizliyə, zor gücünə hakimiyyəti dəyişməyə çağırsam heç nə əldə edə bilməyəcəyik". 

 

Kredit borcları  silinəcək

R.Nurulayev  televiziya debatlarında səsləndirdiyi bir sıra məsələlərə,  xüsusilə də son zamanlar geniş müzakirə olunan hər ailəyə 10 min manatın verilməsi məsələsinə aydınlıq gətirib.
Prezidentliyə namizəd bu mexanizmin işləməsi üçün beynəlxalq təcrübədən və xarici banklardan istifadə olunacağını deyib.

Razi Nurullayev həmçinin kredit borclarının silinəcəyini də deyib və bunun mexanizmi barədə seçicilərə məlumat verib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı