Arxiv
24 Aprel 2019, 14:31 | AKTUAL
Azərbaycan silahları Türkiyədə nümayiş etdiriləcək

Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbul şəhərində keçirilən “IDEF” beynəlxalq müdafiə sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir.

 

Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu sərgidə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri iştirak edərək öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur. Müdafiə Sənayesi Nazirliyi 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak edir və öz məhsullarını nümayiş etdirir.

 

Aprelin 30-dan mayın 3-dək keçiriləcək “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

 

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

 

“IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

 

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33 Müdafiə Nazirliyindən Vahid Əhmədova CAVAB - Yalan danışmaq deputata yaraşmaz 31 May 2020, 14:30 Qarabağ dünyaya yox, Azərbaycana lazımdır 31 May 2020, 14:23 İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi 31 May 2020, 14:16 Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ 31 May 2020, 14:10 Məşhur prodüser daha dörd təcavüzdə ittiham olunur 31 May 2020, 14:04 Goranboyda karantin qaydalarını pozan çay evi aşkarlandı 31 May 2020, 13:58 İrşad Electornics-dən ““HONOR”LA YAŞA!” kampaniyası 31 May 2020, 13:52 Cənubi Koreya vətəndaşı Ermənistan həbsxanasında özünü asdı 31 May 2020, 13:46 Saatlıda çətənə yetişdirən şəxs tutuldu - FOTO 31 May 2020, 13:40 Şəki şəhərin mərkəzində dolaşan ayı tutuldu - FOTO 31 May 2020, 13:34 Tailand Kralı İlham Əliyevi təbrik etdi 31 May 2020, 13:28 İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ 31 May 2020, 13:22 Müdafiə Nazirliyi: “Silah gücü düşmənlə danışılacaq yeganə dildir” 31 May 2020, 13:16 İcra başçısı yaylaqada çobanlarla görüşdü - FOTO 31 May 2020, 13:10 Azərbaycanda çay tullantılardan təmizləndi - FOTO 31 May 2020, 13:05 Azərbaycanda daha bir məmur həbs olundu   31 May 2020, 13:00 Deputatdan Müdafiə nazirinə sərt TƏNQİD 31 May 2020, 12:57 “Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov 31 May 2020, 12:52 Jurnalistlər binasında koronavirus aşkarlandı 31 May 2020, 12:47 Qarabağda koronavirusa yoluxanların sayı artdı 31 May 2020, 12:42 Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu 31 May 2020, 12:36 Deputat ABŞ prezidentinin təklifini dəstəklədi 31 May 2020, 12:30 Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...”  31 May 2020, 12:25 Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI 31 May 2020, 12:19 Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi 31 May 2020, 12:18 Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 31 May 2020, 12:16 “Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur” 31 May 2020, 12:14 Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ 31 May 2020, 12:12 Milli Məclisdə Ramil Səfərov MÜZAKİRƏSİ 31 May 2020, 12:10 Zahid Orucdan “Parlament müxalifəti” haqqında qanun təklifi 31 May 2020, 12:06 Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı 31 May 2020, 12:01