Modern.az

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Allah rəhmət eləsi̇n

Bu gün, 02:52

Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Son illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji fəaliyyətini davam etdirirdi. 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?