Modern.az

Azərbaycan və Qırğızıstan Prezidentləri razılığa gəldi

Azərbaycan və Qırğızıstan Prezidentləri razılığa gəldi

Ölkə

31 İyul 2026, 10:36

Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

“Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada