Modern.az

"Xalq Bank" “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

"Xalq Bank" “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

Aktual

Bu gün, 16:12

"Xalq Bank"ın stimullaşdırıcı “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub.

Modern.az xəbər verir ki, İlk tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib. 

Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri "Xalq Bank"ın Neftçilər, Mərkəz, Mingəçevir, Şəmkir, Tovuz, Şamaxı, Şəki, Yevlax, Quba, Şabran, Lənkəran, Şirvan və Neftçala filiallarının müştəriləridir.

Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb. Ümumilikdə, ilk tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb.

Xatırladaq ki, hazırda “Əmanət” lotereyasının 2-ci tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın “Müddətli”, “Proqress”, “VİP-Rantye” və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər. 

“Əmanət” lotereyasının 2-ci tirajın qalibləri 12 oktyabr 2026-cı il tarixində müəyyən ediləcək. Şərtlər barədə ətraflı: //www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya

Whatsapp
Bizə yazın!
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada