Modern.az

Sahibə Qafarova Afrikaya getdi

Sahibə Qafarova Afrikaya getdi

Parlament

31 İyul 2026, 09:44

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfərə gəlib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Məlumata görə, səfər çərçivəsində Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, həmçinin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

1538425

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada