Modern.az

Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir

Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir

Aktual

31 İyul 2026, 10:08

Prezident Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir

Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Qırğızıstan dövlətinin başçısı vurğulayıb: “Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada