Modern.az

Dövlət qulluğuna imtahan verənlərin NƏZƏRİNƏ!

Dövlət qulluğuna imtahan verənlərin NƏZƏRİNƏ!

Aktual

31 İyul 2026, 10:58

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların keçirilməsi üçün 12 zal admini, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada