Modern.az

Spiker Efiopiya Palatasının sədri ilə görüşdü - FOTO

Spiker Efiopiya Palatasının sədri ilə görüşdü - FOTO

Parlament

Bu gün, 14:38

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu ölkənin Federasiya Palatasının sədri Aqeqnehu Teşager ilə görüşüb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Aqeqnehu Teşager Azərbaycanın Efiopiya üçün çox mühüm bir ölkə olduğunu söyləyərək, xüsusilə Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfərindən sonra iki ölkə arasında münasibətlərin daha da gücləndiyini bildirib.

Federasiya Palatasının sədri Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasınınAzərbaycanın uğuru olduğunu söyləyərək, ölkəmizin inkişafı, qazandığı nailiyyətlərin dost Efiopiyada diqqətlə izlənildiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu söyləyib və münasibətləri daha da dərinləşdirmək üçün böyük potensial olduğunu bildirib.

Görüşdə parlamentlərimiz arasında əlaqələr də nəzərdən keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR